
İndi qulaq asın
2022-ci il 28-29 mayda Beynəlxalq Muğam Mərkəzində ikinci solo konsertini vermişdir
2021-ci ildə Moskvada konsert proqramında çıxış edib
2020-cu ildən prodüser Rəşadət Fərzəliyevlə yeni albom və proyektlər üzərində işbirliyinə başlamışdır
2019-cu ildə Qüdsdə solo konsert verib
2018-ci ildə Tacikistanın Düşənbə şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə solo konsert verib
2017-ci ildə Beynəlxalq Muğam Mərkəzində ilk solo konsertini verib
V Respublika Muğam Müsabiqəsi — 1-ci yeri qazanıb
2017-ci ildən Aztv-nin solisti kimi fəaliyyət göstərir.
2017-ci ilin iyun ayının 12-də Heydər Əliyev Fondu, Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət Fondunun birgə təşkil etdiyi VI Muğam Müsabiqəsinin qalibi — baş mükafatçısı olmuş, "Qran Piri" mükafatı ilə təltif olunmuşdur. Almaxanım Əhmədlinin müsabiqə ərzində oxuduğu dəstgahlar teleradionun "qızıl fond"unda saxlanılacaq. Azərbaycannın əməkdar artisti, gənc xanəndə, muğam ustası Təyyar Bayramovun tələbəsidir.
2014-cü ilin oktyabr ayının 7-dən televiziya ekranlarında çıxış edir. Hal-hazırda Amerikanın 7, Avropanın 4 televiziyasında ifaları yayımlanır. Repertuarında muğam dəstgahları, bəstəkar və xalq mahnıları ilə yanaşı türk, ərəb, fars və ingilis dillərində oxuduğu nəğmələr yer tutur.
2014-cü iln mart ayında türk xalqları üzrə beynəlxalq musiqi müsabiqəsinin qalibi kimi "Bürünc" medala layiq görülmüş və diplomla təltif olunmuşdur.
2014-cü ilin iyul ayının 13-də muğam, təsnif, xalq və bəstəkar mahnılarından ibarət "Qarabağ" adlı ilk audio diski işıq üzü görmüşdür.











